GPS İZLƏMƏ SİSTEMİ

gps
Sifarişçi: “CaspianNavTel” MMC

Qısa təsvir: Windows CE qurğuları üçün hazırlanmış nəqliyyat vasitələrinin izlənməsi üçün proqram təminatıdır. Əvvəlcədən təyin olunmuş vaxt intervalı ilə qurğudakı GPS-dən koordinatları götürür, Wialon sisteminə koordinatlar, vaxt və qurğunun identifikasiya nömrəsini göndərir. Wialon serveri ilə TCP protokolu vasitəsilə əlaqə yaradılır. İstifadəçi web interfeysdən xəritədə nəqliyyat vasitələrinin real vaxtda harda olduğunu görə bilir. Wialon – nəqliyyatın peyk monitorinqi üçün istifadə olunan Gurtam şirkəti tərəfindən hazırlanan platformadır. Hal-hazırda dünyada təxminən 200 nəqliyyatın peyk monitorinqi xidməti Wialon serverindən istifadə edir.