İNSAN RESURSLARI

HRMS

İnsan Resurslarının İdarə Edilməsi Sistemi (İRİES) müəssisənin kadr potensialının tam idarə olunmasını təmin edir. Yaradılmış bu sistem məhz:

  • kadr üzrə sənədləşmənin aparılması;
  • ştat cədvəli, əməkdaşlarin şəxsi kartoçkaları kartotekası, iş vaxtının uçotu tabeli və ezamiyyət kartoçkaları də daxil olmaqla kadr üzrə sənədlərə operativ baxış;
  • standart hesabat formalarının hazırlanması

üçün nəzərdə tutulan idarə etmə sistemidir.

İstifadəçinin hazırlıq səviyyəsi

İRİES sistemi ilə işləmək üçün istifadəçi aşağidakı biliklərə yiyələnməsi lazımdır:

  • Əmliyyat sistemi ilə işləmə bacarığı
  • IE 7+, Mozilla Firefox 3.5+, Google Chrome 8+, Opera 9.5+ və ya Safari 4+

İRİES sistemini sazlamaq üçün şəbəkədə Oracle VBİS-nin 10i versiyası ilə işləmək vərdişinə malik olmaq zəruridir.

Təyinatı

İRİES sistemi aşağıdakı funksiyaların avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:
1. Müəssisənin təşkilati strukturunun yaradılması:

  • təşkilatı strukturun yaradılması;
  • təşkilatı strukturun düzəliş edilməsi;
  • təşkilatı strukturun silinməsi.

2. Ştat cədvəlinin aparılması:

  • ştat vahidlərinin verilməsi;
  • ştat cədvəlinə baxış və düzəliş edilməsi;
  • ştat vahidlərinin ştat cədvəlindən silinməsi.

3. Əməkdaşların şəxsi kartoçkaların aparilması:

  • yeni şəxsi kartoçkanın yaradılmasi;
  • əməkdaşların şəxsi kartoçkalarının axtarışı və onlara baxış;
  • əməkdaşların şəxsi kartoçkalardakı yazılara düzəliş edilməsi;
  • əməkdaşların şəxsi kartoçkalarının silinməsi;
  • əməkdaşların şəxsi kartoçkalarının müxtəlif əlamətlərə görə axtarışı.

4. Ezamiyyət vərəqələrinin aparılması:

  • yeni ezamiyyət vərəqəsinin yaradılması;
  • ezamiyyət vərəqələrinin axtarışı və onlara baxış;
  • ezamiyyət vərəqələrində yazıların redaktə edilməsi;
  • ezamiyyət vərəqələrinin silinməsi.

5. İş vaxtının uçotu tabelinin aparılması:

  • həftənin iş günlərinin uzunluğu nəzərə alınmaqla tabelin qabaqcadan sazlanması;
  • tabelə məlumatların avtomatlaşdırılmış daxil edilməsi;
  • tabelin çapa verilməsi.

6. Soraqçaların aparılması:

  • soraqçaıarın yaradılması;
  • soraqçalarda düzəliş edilməsi;
  • soraqçalarda yazıların silinməsi;
  • soraqçalarda müxtəlif sahələrə görə axtarış.

7. Hesabatların alinması.