İNTELSOFT TƏRCÜMƏÇİ

intelsoft_translateeeee

Mətni rus dilindən Azərbaycan dilinə avtomatik tərcümə etməyə imkan verən qaydalara əsaslanan maşın tərcüməsi sistemidir (rule-based machine translation system).Tərcümə sisteminin üç versiyası mövcuddur:

  • Onlayn versiya
  • Mobil versiya
  • Desctop versiya

Onlayn versiya 2010-cu il sentyabrın 21-də istifadəyə verilmişdir (http://rus-az.com).

intelsoft_tercumeci
Bu sistem Azərbaycanda ilk rus dilindən Azərbaycan dilinə tərcümə sistemi olmaqla yanaşı, həm də ilk onlayn tərcümə sistemidir. “İntelsoft Tərcüməçi”-nin onlayn versiyasından istifadə pulsuzdur və 5000 simvola qədər mətni tərcümə etməyə imkan verir. Hal-hazırda sistemin gündəlik istifadəçi sayı 1000-dən yuxarıdır.

Sistemin desctop versiyası mətnlə işləmək üçün daha geniş imkanlara malikdir. Windows, Mac OS X və Linux versiyaları yaradılmışdır. Onlayn versiyadan fərqli olaraq desktop versiya kommersiya məhsuludur və əlavə imkanlarla yanaşı mətnin ölçüsünə məhdudiyyət yoxdur.

translate_desctop

 

Tərcümə sisteminin mobil versiyası Android və iOS əməliyyat sistemləri üçün yaradılmışdır.

1