İNVESTİSİYA LAYİHƏLƏRİ

project&finance

Sahibkarlığa Kömək Milli Fondu ölkənin iqtisadiyyatının inkişafı üçün prioritet olan sahələrə maliyyə ayırır. Maliyyənin sahibkara verilməsindən başlayaraq həmin maliyyənin təyinatı üzrə istifadəsinə qədər olan prosesi idarə etmək üçün bu tip bir sistemə ehtiyac yarandı. Sistem müqavilə əsasında İntelsoft şirkəti tərəfindən hazırlanaraq Sahibkarlığa Kömək Milli Fonduna təhvil verilmişdir. 2013-cü ildən etibarən sistem internet üzərindən sahibkarların və müvəkkil kredit ittifaqlarının ixtiyarına verilmişdir. Sahibkar internet üzərindən sistemə daxil olaraq kredit almaq üçün müvəkkil kredit təşkilatına müraciət edə bilər.

https://e-anfes.gov.az/LoginOwner.aspx

skmf-sahibkar-login

Giriş səhifəsində sistemdən istifadə üçün PDFVideo təlimat yerləşdirilib.
Sahibkar güzəştli kredit almaq üçün ilk olaraq sistemdə qeydiyyatdan keçməlidir. Bunun üçün giriş səhifəsinin sağ yuxarı küncündə yerləşmiş Qeydiyyat düyməsini basmaq lazımdır.

sahibkarin-qeydiyyati