İT-MƏSLƏHƏTLƏR

it-conculting-slogan

Müasir dünyada təşkilatların lazımı informasiya ilə təmin olunması gündəlik fəaliyyətin ayrılmaz bir hissəsi omuşdur. Təşkilatın informasiya resurslarının effektiv istifadəsi üçün İT-xidmətlərin keyfiyyətinin idarə olunmasını təmin etmək lazımdır.

Bizim İT-xidmətlərinin təşkili sahəsində ki məsləhətlərimiz sizə informasiya texnologiyalarını təşkilatın işində sadə və etibarlı alət etməyə və informasiya sistemlərinin inkişafında resursların bölgüsünü optimallaşdırmağa kömək edəcək.

Sizin təşkilatınızın əsas məqsədlərinə uyğun olaraq, “İntelsoft” şirkəti

  • İT-infrastruktura və istifadəçilərə göstərilən xidmət proseslərinin planlaşdırılması həyata keçirir;
  • uyğun olan prosedurları hazırlayır;
  • vəzifə və işçi təlimatlarıni hazırlayır.

“İntelsoft” şirkətinin ixtisaslaşdırılmış mütəxəssislərinin məsləhətləri İT-xidmətlərin fəaliyyəti üçün şəxsi prosedurların və qaydaların hazırlamasına lazım olan vaxt itkisini azaltmağa imkan yaradacaqdır.

Biz İT-xidmətləri sahəsində tam bir xidmət kompleksi təklif edirik:

  • təşkilatın informasiya strukturunun cari vəziyyətinin analizi;
  • mövcud informasiya sistemindən istifadənin effektivliyinin qiymətləndirilməsi;
  • müəssisənin informasiya sistemlərinə olan tələblərinin hazırlanması (təkmilləşdirməsi);
  • informasiya sisteminin inkişaf strategiyasının qurulması;
  • texniki tapşırığın hazırlaması;
  • layihə həllinin yaradılması;
  • aparat-proqram komplekslərinin quraşdırma və tənzimləməsi,
  • istismarın nəticələrinə uyğun olaraq düzəlişlərin aparılması;
  • təşkilatın işçilərinin təlimi ;
  • sistemin texniki müşayiəti;
  • digər sistemlərlə inteqrasiya.