MƏLUMATLARIN TƏHLİLİ

action-control

Təklif olunan sistem “Azercell Telekom” MMC-nin müştəri xidmətlərində gündəlik aparılan müəyyən əməliyyatların uçotu və onlara nəzarət üçün nəzərdə tutulub. “Azercell Telekom” MMC tərəfindən sistemə ilkin tələblər qoyulmuşdur. Bu tələblər əsasında İntelsoft MMC tərəfindən sistemin ümumi modeli qurulub və veb əsaslı proqram təminatının yaradılması təklifi işlənib hazırlanmışdır. Həmin təklifin əsasında sistem yaradılmışdır. Sistemin istifadəçi interfeysi ingilis dilindədir. Sistemin istifadəçilərinin yaradılması və idarə olunması Azercell “UserRights2” proqramı vasitəsilə yerinə yetirilir və sistem “UserRights2” proqramı ilə inteqrasiya olunmuşdur.