Mobil proqramların hazırlanması

The San Jose Group Multicultural Mobile Devices-Our Lifestyle Connections

Son illərdə smartfonlardan və planşetlərdən istifadənin olduqca geniş yayılması ilə mobil proqramların hazırlanmasına böyük ehtiyac yaratmışdır. Korporativ mobil proqramlar satış, müştəri xidmətləri və başqa sahələrdə şirkətin məhsuldarlığını artıra bilər. Bir çox şirkət xüsusi mobil proqramlar vasitəsilə müştərilərinə fərqli həll imkanları təklif edir.

“İntelsoft” MMC mobil proqramların yazılmasını və mobil veb saytların proqramla inteqrasiyasını həyata keçirir. Biz iOS və Android üçün gözəl interfeysli və rahat proqramlar hazırlayırıq. Təklif olunan xidmətlərimiz aşağıdakılardır:

  • iOS əməliyyat sistemi üçün mobil proqramların hazırlanması və App Store-a yerləşdirilməsi, müxtəlif ekran ölçülü iPhone və iPad-ə uyğunlaşdırılması
  • Android əməliyyat sistemi üçün mobil proqramların hazırlanması və Play Store-a yerləşdirilməsi, müxtəlif ekran ölçülü smartfon və planşetlərə uyğunlaşdırılması
  • Mobil sayt ilə inteqrasiya Sizin saytınız varsa, onun mobil proqramını sifariş edə bilərsiniz. Biz saytla inteqrasiya olunmuş mobil proqram hazırlayıb store-a yerləşdiririk. Bununla siz həm potensial müştərilərinizin sayını artırmış olursunuz, həm də müştərilərinizə sizin xidmətlərdən istənilən yerdə mobil cihazlarla istifadə imkanı vermiş olursunuz.