ORACLE VB

database

İntelsoft şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri İnformasiya İdarəetmə Sistemlərinin yaradılması olduğundan, şirkətin Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS) sahəsində kifayət qədər təcrübəsi və ixtisaslaşmış kadrları vardır. Oracle VBİS-i Azərbaycan bazarında kifayət qədər geniş istifadə olunduğunu nəzərə alaraq intelsoft şirkəti Oracle VBİS-nə dəstək xidmətini təklif edir. Oracle VBİS-nə dəstək komandası OCP və OCM sertifikatlı mütəxəssislərdən təşkil olunmuşdur. Təklif olunan xidmətlər aşağıdakılardır:

  • Verilənlər bazasının(VB) sistemli şəkildə ehtiyat surətinin alınması və bərpa etmə qaydaları üzrə həllin hazırlanması və avtomatlaşdırılması. Hər bir qəza üçün bərpa etmə qaydalarınin təşkili və qəza halı baş verdikdə minimal vaxt ərzində (və ya texniki olaraq vaxt sərf etmədən) proqram təminatının davamlılığının təmin edilməsi. Bu prosesə daimi nəzarət.
  • Şirkətin əsas VB-ları üçün ehtiyat mərkəzlərinin hazırlanması və düzgün işləməsinə nəzarət olunması. Əsas(production) VB–larına düşən ağırlığı azaltmaq məqsədi ilə hesabatların və hesabat modullarının müvafiq ehtiyat VB–na yönəldilməsi(bu VB real vaxt(real time) rejimində əsas(production) VB ilə sinxronlaşır və bu proses heç bir əsas(production) VB üçün heç bir performans problemi yaratmır)
  • İki və ya daha çox serverin gücündən istifadə etməklə bir(və ya çox) VB daha çox yararlanmaq(Oracle RAC) və proqram təminatı/VB ağırlıq yükünün azaldılması. Və həmçinin bu tipli VB üçün ehtiyat VB-nın qurulması
  • VB-larının yeni versiyalara minimal vaxt itkisi ilə(və ya itkisiz) yenilənməsi(upgrade). Bu proses üçün sistemli planın hazırlanması(test mühitinin hazırlanması, bu mühitdə digər qruplar ilə birgə işin təşkili, baş verə biləcək risklər və onların həlli üçün müvafiq qaydaların hazırlanması və sair)
  • VB performansının artırılması(onların düzgün fiziki konfiqurasiya edilməsindən və VB-ın yüklənməsinə (workload) uyğun yanaşması və həmçinin VB və proqram təminatının düzgün dizayn edilməsinə qədər həllər və təkliflərin hazırlanması, tətbiqi və müvafiq nəticələrin alınması)
  • Gec işləyən hesabatların və ya modulların nədən bu problemi yaşadığını və əsas səbəbinin tapılması. Onlara uyğun həllərin tətbiqi ilə bu cür problemlərin aradan qaldırılması. Bu məsələlərə sistemli yanaşmaq.
  • 24/7 ərzində VB-da çıxan ixtiyari xətalara görə müdaxilə edib problemin həll edilməsi.
  • Davamlı olaraq yeniliklərin tədqiqi və onlardan istifadə etməklə biznes proseslərin keyfiyyətinin artırılması.