PROQRAM TƏMİNATI

proqram-teminati640

Bəşəriyyət informasiyanın əsas istehsal resursu olduğu postsənaye dövrünə daxil olur. İnformasiyanın alınması, emal olunması və ötürülməsi üçün aparat və proqram təminatı kimi yeni vasitələrin tətbiq olunması ehtiyacı meydana çıxır. Əgər aparat resurslarının çatışmazlığı nisbətən sadə həll edilirsə – yenilərin əldə edilməsi və ya mövcud kompüterlərin və başqa texnikanın müasirləşdirməsiylə, uyğun proqram komplekslərinin axtarışı isə əsl problem ola bilər. Bazarda mövcud olan proqram təminatları yaranmış məsələni effektiv həll edə bilmədikdə praktik olaraq istənilən müəssisə bu vəziyyətlə rastlaşır. Müəssisə yeni struktur yaratdıqda, yeni xidmətlərin işə salınmasını və ya yeni malların istehsalını planlaşdırdıqda bu tip hallar yarana bilir. Və bu halda şirkət iki variantdan birini seçə bilər. Birinci – bu şirkət öz planlarını mövcud proqram təminatlarının imkanları əsasında qurur. Bu ona gətirib çıxaracaq ki, bir çox innovasiya qərarlarını reallaşdırmağı bacarmayacaq. Bəzi perspektivli fikirlərdən imtina etmək lazım olacaq.

İkinci variant daha çox məntiqli həll təqdim edir. Müəssisənin mütəxəssisləri öz istəkləri əasında proqram təminatının hazırlanmasını sifariş edə bilərlər. İstehsalçının bütün ehtiyaclarını və sifarişçinin arzularını nəzərə alacaq texniki tapşırıq yaradılacaq. Bu halda siz istəklərinizi proqram təminatının imkanlarına görə yox, proqram təminatı sizin istəkləriniz əsasında hazırlanacaq və bu da sizin təşkilatınız üçün məsələlərin həllində maksimal effektiv olacaqdır.

Yaradılmış proqram təminatı sizin şirkətinizin iş fəaliyyətinin bütün xüsusiyyətlərini nəzərə alacaq, hər biznes-prosesi əhatə edəcəkdir. Biz logistikanın avtomatlaşdırılması, satışın təşkil olunması, bank uçot sistemləri, analitik sistemlər, mühasibat uçotu sistemləri, elmi təşkilatlar üçün xüsusi hesablama sistemləri yaratmağa və tətbiq etməyə hazırıq. Və bu hamısı deyil. Əgər sizə məlumat bazasını yaratmaq və ya sənəd dövriyyəsini təşkil etmək lazımdırsa, İntelsoft şirkəti bu sahədə də sizə keyfiyyətli həllər verə bilər. biz hər bir sifarişçiyə fərdi yanaşırıq. Əgər sizə nə lazım olduğunu dəqiq bilirsinizsə, və ola bilərki artıq texniki tapşırığ hazırlamısınızsa, biz məhz həmin sənəd üzrə proqram təminatını yarada bilərik!

Əgər sizin müəssisədə proqram təminatının yaradılması yolu ilə həll olunacaq bir məsələ dayanırsa və əgər siz həll tapa bilmirsinizsə, bizim şirkətimizin mütəxəssisləri problemi ətraflı surətdə öyrənib, bunun əsasında hesabatlar və texniki sənədlər hazırlayaraq ən yaxşı qərarı həlli sizə təqdim edəcəyik. Müəssisənin hərtərəfli analizi personalın işini optimallaşdırmağa, müəssisənin fəaliyyətinin təşkilində zəif nöqtələri aşkar etməyə və aradan qaldırmağa icazə verəcək.

Avtomatlaşdırma müasirləşdirmənin əsasıdır, həmçinin xərclərin azalmasına və məhsuldarlığın artımına aparır. Biz istənilən prosesin avtomatlaşdırılmasına kömək etməyə hazırıq. Sistemin hazırlamasının hər mərhələsində sifarişçi ilə daimi qarşılıqlı ünsiyyət, sifarişçinin hər bir istənilən nəzərə alınması, IT-texnologiyalar sahəsində çoxillik iş təcrübəsi zəmanət verir ki, istədiyiniz proqram təminatını sifariş verib, uyğun proqram təminatını da bizdən təhvil alasınız!