SAYTLARIN YARADILMASI

website-development

Saytın əsas məqsədi– ziyarətçilərdə daimi marağı formalaşdıraraq onların cəlb olunmasını təmin etməkdir. Bu halda saytın kommersiya və ya qeyri-kommersiya olması əhəmiyyətli deyil. Sayta olan baxışların miqdarı hər zaman müvəffəqiyyətin göstəricisi olacaqdır. Qeyd etmək lazımdır ki, sayt sizin internet şəbəkəsindəki simanızdır. Sayt istehlakçının şüurunda təşkilatın və ya layihənin imicini formalaşdırır. Əgər sayt pis yaradılmışdırsa, istifadəçi onu bağlayacaq və heç vaxt sizə qayıtmayacaq.

Saytın dizaynı hər zaman orijinaldır. Biz şablon dizaynlardan istifadə etmirik. Bütün bizim işlərimiz konkret biznes-məsələlərin həllinə köklənmişdir. Biz İntelsoft komandası olaraq saytın yaradılmasına başlamadan əvvəl həmişə bazarı, istifadəçi auditoriyasının gözləmələri və istək prioritetlərini araşdırıb öyrənirik. Bu bizə saytı planlaşdırmağa və onun işinin ən yüksək effektivliyini təmin etməyə kömək edir.

Biz müxtəlif tiplərin saytlarının yaradılması ilə məşğul oluruq:

  • sayt-vizitka
  • korporativ sayt
  • internet mağazası
  • xəbərlər portalı
  • əyləncə portalı